Youtube Channel Facebook Page Twitter Page
 
Əvvəlki - Bütün xəbərlər - Sonrakı
23.5.2014
«Qəbələ» Yuri Syominlə yollarını ayırdı
Facebook Share Tweet this
"Qəbələ" baş məşqçi Yuri Syominlə yollarını ayırdı. Bu qərar Azərbaycan Kubokunun Final matçının ardından rusiyalı mütəxəssis  və klub rəhbərliyi arasında keçirilən görüş zamanı qəbul olunub. Görüş zamanı "Qəbələ" ilə Syomin arasında müqavilənin uzadılması məsələsi müzakirə edilib. Öncəki görüşlər zamanı "Qəbələ"də qalıb qalmayacağını final matçından sonra qətiləşdirəcəyini deyən Syomin son toplantıda komandadan ayrılmaq istədiyini bildirib. Rusiyalı mütəxəssis qərarını belə açıqlayıb: "Doğurdan da, çox ağır mövsüm keçirdik. Bundan sonrakı müddətdə komandanı toparlamaq və Avrokubok oyunlarına hazırlamaq mənim üçün çətin olacaq. Bir müddət istirahət etməyə ehtiyacım var. Komandama, azarkeşlərimizə və rəhbərliyə bu günə qədər verdiyi dəstəyə görə təşəkkür edirəm. "Qəbələ"yə Avropa Liqasında və növbəti mövsümdə uğurlar arzulayıram".

"Qəbələ" İdman Klubu Yuri Syominə 2013-2014 mövsümündə komandadakı uğurlu fəliyyətinə görə təşəkkür edir, ona gələcək həyatında uğurlar arzulayır. Qeyd edək ki, komandamız 9 illik tarixində Avropa miqyaslı yarışlara məhz Y.Syominin rəhbərliyi altında vəsiqə qazanıb.
Sonuncu
oyun
20/05/2016
17:00
0:1
Növbəti
oyun
30/06/2016
21:00
Premyer Liqa
Komanda O Q H M Qol Xal
1. Qarabağ 36 26 6 4 66-21 84
2. Zirə 36 17 11 8 42-31 62
3. QƏBƏLƏ 36 16 11 9 44-28 59
4. İnter 36 16 11 9 39-28 59
5. Kəpəz 36 15 11 10 48-40 56
6. Neftçi 36 13 10 13 41-41 49
7. AZAL 36 13 7 16 26-38 46
8. Sumqayıt 36 9 12 15 41-49 39
9. Rəvan 36 5 9 22 27-63 18
10. Xəzər Lənkəran 36 3 6 27 16-51 15
Qısa Sorğu
«Qəbələ» 2016-2017 mövsümündə UEFA Avropa Liqasında hansı nəticəni göstərəcək?
Qrup mərhələsinə qədər irəliləyəcək
Pley-off mərhələsində mübarizəni dayandıracaq
Pley-off mərhələsinə yüksələ bilməyəcək